Ermənistanın paytaxt şəhəri İrəvanda etiraz aksiyaları davam edir. 

"Unikal" erməni KİV-ə istinadən xəbər verir ki, “Azadlıq Hərəkatı”nın nümayəndələri və Milli Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri Artur Vanetsyanın hərəkatının nümayəndələri Respublika meydanında aksiya keçiriblər.

Polisin xüsusi təyinatlı dəstələri olan “qırmızı berelilər” Arşakunyats prospektini bağlayarkən Milli Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri Artur Vanetsyanın tərəfdarlarına qarşı amansız güc tətbiq edib, Vanetsyanın oğlu da daxil olmaqla iyirmiyə yaxın etirazçını saxlayıb.

Gülayə  Mecid