İndoneziyanın Sumatra adasında qeyri-qanuni fəaliyyət göstərən qızıl mədəni çöküb.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, polis rəisi Marlon Rajagukguk Sumatranın Mandailing Natal bölgəsində 14 qadının işlədiyi icazəsiz qızıl mədənində çökmə baş verdiyini açıqlayıb.
2 saat davam edən axtarış-xilasetmə işləri nəticəsində 12 qadının cəsədi tapılıb.
Hadisədən sonra qanunsuz fəaliyyət göstərən mədən bağlanıb.