Gürcüstandakı "Borjomi" şirkəti Rusiyanın Ukraynada başlatdığı müharibəyə görə çətin vəziyyətin yaratdığı maliyyə çətinlikləri səbəbindən fəaliyyətini dayandırıb. 

"Unikal"ın TASS-a istinadən verdiyi xəbərə görə, "İDS Borjomi Gürcüstan"ın mətbuat xidmətinin bəyanatına əsasən bildirilib ki, şirkət çətin vəziyyətdə qalıb: "Yuxarıda qeyd olunanları nəzərə alaraq, şirkət bu il aprelin 29-dan etibarən Borjomidəki hər iki zavodda istehsal prosesini müvəqqəti olaraq dayandırmağa məcburdur". 

Şirkət vəziyyətin yaxşılaşacağına və işin bərpasına ümid etdiyini bildirib.

Ağarza Elçinoğlu