Hollandiya Kiyevdəki səfirliyinin fəaliyyətini bərpa edib.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Hollandiyanın xarici işlər naziri Vopke Hukstra bildirib.

Qeyd olunur ki, Rusiyanın işğalından bir qədər əvvəl səfirlik paytaxt Kiyevdən Lvova köçüb. Hazırda az sayda işçi Kiyevə qayıdıb.