Ukrayna Silahlı Qüvvələri Xarkov vilayətinin Russkaya Lozovaya kəndini Rusiya hərbçilərindən azad edib.
"Unikal" xəbər verir ki, hazırda kənd Ukrayna Silahlı Qüvvələrinin tam nəzarətindədir.
Məlumata görə, bu strateji yaşayış məntəqəsi Xarkov-Belqorod avtomobil yolunda yerləşir.
Vurğulanıb ki, işğal zamanı məhz bu şəhər kənarından Rusiya hərbçiləri Xarkovun mülki infrastrukturunu və yaşayış məntəqələrini atəşə tutub.