Estoniyanın Sankt-Peterburqdakı Baş Konsulluğu fəaliyyətini dayandırıb.

"Unikal" xəbər verir ki, "RİA Novosti"nin verdiyi məlumata görə, konsulluğa daxil olan hazır sənədlərin verilməsi aprelin 29-dək həyata keçiriləcək. Bu tarixdən sonra daxil olan sənədlər Estoniyanın Moskvadakı səfirliyinə göndəriləcək.

Estoniya İqtisadiyyat Nazirliyinin vitse-kansleri Ahti Kuninqas daha əvvəl Rusiyanın bu ölkədəki səfiri Vladimir Lipayevə məktub göndərərək onunla görüş təşkil etməkdən imtina etdiyini bildirib.

Ağarza Elçinoğlu