Qırğızıstan prezidenti Sadır Japarov respublikanın yeni xarici işlər nazirinin təyin edilməsi haqqında fərman imzalayıb.

"Unikal" xəbər verir ki, bu barədə dövlət başçısının mətbuat xidməti məlumat yayıb.

Qeyd olunur ki, Qırğızıstan Xarici İşlər Nazirliyinin rəhbəri vəzifəsinə Jeenbek Kulubayev təyin olunub.

Hazırkı xarici işlər naziri buna qədər Prezident Administrasiyasında xarici siyasət şöbəsinə rəhbərlik edib.