Daxili işlər orqanlarında nöqsanlarına görə işdən azad edilən rəislə bağlı yeni təyinat olub.
"Unikal" Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.
Nazirin əmri ilə, Sumqayıt Şəhər Polis İdarəsinin 5-ci polis bölməsinin işdən azad edilən rəisi, polis mayoru Aqşin Əhmədov Xəzər Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinə əməliyyat müvəkkili təyin edilib.
Qeyd edək ki, bir müddət əvvəl Sumqayıt Şəhər Polis İdarəsinin 5-ci polis bölməsinin rəisi, polis mayoru Aqşin Əhmədov xidmətdə yol verdiyi nöqsanlara görə vəzifəsindən azad edilmişdi.