Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyevin ötən gün Xaçmaz rayonunda vətəndaş qəbulunda xəbər saytlarından birinin əlində telefon tutmuş əməkdaşı həqiqətə uyğun olmayan, yanlış informasiyalar yayıb.
"Unikal" xəbər verir ki, bunu Komitənin sözçüsü Natiq Axundov bildirib.
Onun sözlərinə görə, yayılan məlumatda Komitə sədrinin yalnız 4 vətəndaşın müraciətini dinlədikdən sonra qəbulu dayandırdığı, qeydiyyata alınan digər şəxslərin müraciətlərini dinləmədiyi iddia olunub.
"S.Mehdiyev 14 vətəndaşın müraciətlərini dinləyib və qaldırılan məsələlərin həlli üçün tapşırıqlar verib. Müraciətlərdən 4-ü gömrük məsələləri, digərləri isə gömrük orqanlarında işə qəbulla bağlı olub.
İşə qəbulla bağlı müraciətləri Komitənin İnsan Resursları İdarəsi və digər struktur bölmələrinin rəhbərləri dinləyib və onlara işə qəbulun xüsusi imtahanla həyata keçirildiyi izah olunub", - deyə o, qeyd edib.