Mədəniyyət naziri Anar Kərimov yeni təyinat həyata keçirib.
"Unikal" xəbər verir ki, nazirin əmri ilə, Vəsilə Möhsümova Bərdə regional mədəniyyət idarəsinə rəis təyin edilib.
Vəsilə Möhsümova bundan öncə Ağdam rayon icra hakimiyyətində, Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsində və Kənd Təsərrüfatı Nazirliyində çalışıb.