Ermənistanda Milli Məclisin həyətinə işıqlı və səsli qumbaralar yerləşdirilib. 

"Unikal" erməni KİV-ə istinadən xəbər verir ki, İrəvanda itaətsizlik aksiyalarının olduğu bir vaxtda parlamentin həyətinə işıqlı və səsli qumbaraların yerləşdirilməsi maraq doğurub.

Məlumata görə, Ermənistanın Baş naziri Nikol Paşinyanın bu gün keçiriləcək parlamentin iclasında çıxışı gözlənilir.