Rusiyada son sutka ərzində daha 5 093 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

"Unikal" Operativ Qərargaha istinadən verdiyi məlumata görə, bununla da, Rusiyada COVID-19-a yoluxanların sayı 18 206 167 nəfərə çatıb.

Son sutka ərzində 129 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 376 421 nəfərə çatıb.