Rusiya Federasiyasının prezidenti Vladimir Putin mayın 9-da Ukraynaya müharibə elan etməyəcək. Qərb rəsmilərinin Rusiya liderinin mayın 9-dan müharibə elan etmək üçün istifadə edə biləcəyi barədə məlumatı cəfəngiyyatdır.

"Unikal" xəbər verir ki, bunu Putinin sözçüsü Dmitri Peskov jurnalistlərin suallarını cavablandırarkən deyib.

O, həmçinin mayın 9-da Rusiyada səfərbərlik elan oluna biləcəyi ilə bağlı Qərb mətbuatında yayılan xəbərləri də cəfəngiyyat adlandırıb.