Prezident Vladimir Zelenskinin aparat rəhbərinin müşaviri Mixail Podolyak Rusiya Xarici İşlər Nazirliyinin Ukraynada iddia edilən “İsrail muzdluları” ilə bağlı bəyanatını şərh edib.

"Unikal" xəbər verir ki, o, bu haqda müvafiq şərhi "Twitter" səhifəsində yazıb: 

"Rusiya Xarici İşlər Nazirliyi bildirib ki, israilli muzdlular Azov nasistləri ilə yanaşı vuruşurlar. Aprel ayında Rusiyaya qaçaqmalçılıq yolu ilə gətirilən 3,5 ton kokain Estoniyada aşkarlanaraq saxlanılıb. Görünür, kokain çatışmazlığı Xarici İşlər Nazirliyinin əməkdaşlarında ciddi problemlər yaradıb və bu cür səhvlərə yol verirlər. Düşünürəm ki, bu onlar üçün daha ağırdır”, - deyə o qeyd edib.

Aynurə Xudaverdiyeva