Rusiya Prezidenti Vladimir Putin Rusiyanın “Lukoyl” neft-qaz şirkətinin keçmiş sahibi, Azərbaycan əsilli iş adamı Vahid Ələkbərovu I dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edib.

"Unikal" xəbər verir ki, bu barədə müvafiq sərəncam rəsmi hüquq informasiya portalında dərc olunub.
“Rusiya Federasiyasının dövlət mükafatları ilə təltif edilməsi haqqında... Ələkbərov Vahid Yusufoviç 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunur”, - deyə sənəddə qeyd olunub.(apa.az)