ABŞ-ın Dövlət katibi Entoni Blinken koronavirusa yoluxub. Onda Covid-19-un yüngül simptomları aşkar edilib.

"Unikal" xəbər verir ki, bu barədə Dövlət Departamentinin mətbuat xidməti məlumat yayıb.
“Dövlət katibi Entoni Blinkenin koronavirus testi müsbət nəticə verib. O, son günlərdə prezidentlə görüşməyib” – deyə məlumatda bildirilir.