"Kurtlar Vadisi" serialında canlandırdığı "Ömər Baba" obrazı ilə məşhurlaşan aktyor Emin Olcay iştirak etdiyi bir proqramda səsləndirdiyi fikirlərlə sosial mediada yenidən müzakirə mövzusuna çevrilib.

"Unikal" xəbər verir ki, uzun müddətdir ekranlardan uzaq bir həyat yaşayan Olcay, məşhur serialın yenidən çəkilməsi halında layihədə yer almaq istəmədiyini açıq şəkildə bildirib.

“Yenidən "Kurtlar Vadisi" çəkilsə, oynamaram” deyən aktyor, serialın baş rol ifaçısı Necati Şaşmaz və prodüser Raci Şaşmaz barədə də diqqət çəkən ifadələr işlədib:

"Mən özümü çətinliklə xilas etdim, bir daha oynamaram. Təəssüf ki, Necati Şaşmaz və Raci Şaşmaz dediklərinin arxasında dayanmayan adamlardır. Allah yollarını açıq etsin". 

Sözügedən açıqlama qısa müddətdə sosial mediada gündəm olub. Bəzi istifadəçilər Emin Olcayın sözlərini dəstəkləyib, digərləri isə serialın əfsanəvi heyətinə qarşı yönəlmiş bu tənqidləri haqsız hesab ediblər.

Qeyd edək ki, məşhur serial 2003-cü ildə yayımlanmağa başlayıb. Ekranın işinin əsas obrazı "Polat Alemdar" ( Necati Şaşmaz) olub.  

Gülayə Mecid