Faşizm üzərində tarixi Qələbədən 77 il ötür.
"Unikal" xəbər verir ki, Bakıda Qələbənin ildönümü münasibətilə iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun abidəsinin önündə tədbir keçirilib.
Tədbirdə İki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun adını daşıyan nəvəsi, Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin rəisi, polis general-mayoru Həzi Aslanov, Müdafiə Nazirliyinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin rəisi vəzifəsini icra edən general-mayor Bəkir Orucov, polkovnik Abdulla Qurbani, bir qrup zabit və kursantlar iştirak edib.
Tədbir iştirakçıları iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun məzarını ziyarət edərək abidəsi önünə gül dəstələri qoyublar.
Çıxış edən generallar H.Aslanovun şərəfli döyüş yolundan danışıblar.
Müxbir: Anar Kəlbiyev
Foto: Turqut Sultan