"Bunların hamısı boş-boş sözlərdir. Mən belə şeylərə fikir vermirəm".
Bu sözləri "Unikal"a iqtisadiyyat nazirinin müavini Rövnəq Abdullayev Palmali Şirkətlər qrupunun rəhbəri Mübariz Mənsimovun fikirlərinə münasibət bildirərkən deyib.
O bildirib ki, hansısa əsassız fikirlər barədə danışmaq istəmir.
Qeyd edək ki, Mübariz Mənsimov "Xural TV"yə müsahibəsində sabiq SOCAR prezidenti Rövnəq Abdullayevin ünvanına müxtəlif ittihamlar səsləndirib.
Orxan Həsənli