Rusiyanın genişmiqyaslı işğalı başlayandan bəri Ukrayna əsgərləri 26 min rus işğalçısını öldürüb.

"Unikal" xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

"Şəxsi heyət - təxminən 26.000 nəfər, tanklar - 1170, zirehli döyüş maşınları - 2808,  artilleriya sistemləri - 519, MLRS - 185, hava hücumundan müdafiə vasitələri - 87,təyyarə - 199,
vertolyotlar - 158, İHA əməliyyat və taktiki səviyyə - 380, qanadlı raketlər - 94, gəmilər / qayıqlar - 12, avtonəqliyyat vasitələri və yük maşınları - 1980,  xüsusi texnika - 41. Düşmənin ən böyük itkiləri (ötən gün) Avdiivka istiqamətində müşahidə olunub. Məlumatlar dəqiqləşdirilir. İşğalçı ilə vuruşun! Biz birlikdə qalib gələcəyik! Gücümüz həqiqətdədir!", - deyə  məlumatda qeyd olunub.