Böyükşor-Pirşağı yeni avtomobil 6.5-ci km-lik hissəsində yeni yerüstü piyada keçidinin tikintisi ilə əlaqədar olaraq, 1 avqust saat 09:00-dan başlaraq qeyd olunan hissədə avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq. Hərəkətin məhdudlaşdırılması günorta saatlarınadək qüvvədə olacaq.

Bu barədə "Unikal" Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib. 

"Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, qeyd olunan müddət ərzində hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur", - məlumatda qeyd olunub.