Ukraynalı jurnalist və bloger Oksana Qaydar Kiyev vilayətində atışma nəticəsində həlak olub .
"Unikal" xəbər verir ki, Ukrayna Milli Jurnalistlər Birliyinin sədri Serhiy Tomilenkonun sözlərinə görə, Qaydar Brovarı rayonunun Şevçenkove kəndini Rusiya tərəfindən artilleriya atəşinə tutması zamanı həlak olub, lakin onun ölümü bayaq məlum olub.
Qeyd olunur ki, jurnalist anası Lidiya ilə birlikdə dünyasını dəyişib.
Qaydar tarixi nəşrləri və sosial şəbəkələrdə Ruda Pani təxəllüsü ilə yazıları ilə tanınırdı, burada Rusiya hökumətinin imperiya ambisiyalarını və nəyin bahasına olursa-olsun Ukrayna üzərində nəzarəti bərqərar etmək istəyini kəskin şəkildə ifşa edirdi.
Aynurə Xudaverdiyeva