Gülər Əhmədovanın vəziyyəti pisləşir
14:12 25-02-2013
CƏMİYYƏT
Vəkilin sözlərinə görə, eks-deputatın başqa bir kameraya köçürülməsi xəbəri doğru deyil
Sabiq millət vəkili, hazırda həbsdə olan Gülər Əhmədova ilə yenidən görüş keçiriləcək. Bu barədə Modern.az-a eks-deputatın vəkili Eldar Qədimi məlumat verib. G.Əhmədovanın həbsxanaya düşdükdən sonra sağlıq durumunun getdikcə pisləşdiyini deyən vəkilin sözlərinə görə, eks-deputatın başqa bir kameraya köçürülməsi xəbəri doğru deyil:
“Sonuncu dəfə mən Gülər xanımı keçən həftə görüşmüşdüm. İki-üç gündən sonra yenidən Gülər Əhmədova ilə görüşəcəm. Gülər Əhmədova başqa bir kameraya köçülməyib. Mətbuatda bu haqda həqiqətə uyğun olmayan xəbərlər yayılır. Belə bir şey yoxdur. Sağlıq durumunun yaxşıya doğru dəyişiklik yoxdur. Səhhətində hələ də problemlər var”, - deyə vəkil bildirib.
Digər Xəbərlər
2024-11-24 00:50:52
2024-11-23 20:52:26
2024-11-23 17:56:44
2024-11-23 17:48:33
2024-11-23 17:45:14
2024-11-23 17:42:09
2024-11-23 17:29:59
2024-11-23 17:16:46
2024-11-23 16:32:33
2024-11-23 16:20:57
2024-11-23 15:47:06
2024-11-23 15:40:24
2024-11-23 15:32:41
2024-11-23 14:39:22
2024-11-23 14:14:36
2024-11-23 12:58:51
2024-11-23 12:44:50