Bu gün səhər saatlarından etibarən “Müqavimət” hərəkatı İrəvanda itaətsizlik yürüşlərinə başlayıb.
"Unikal" erməni KİV-ə istinadən xəbər verir ki, Kiyan küçəsi hər iki tərəfdən bağlanıb. Əraziyə çox sayda polis qüvvələri sövq edilib.
Qeyd edək ki, dünən Milli Məclisin vitse-spikeri, “Ermənistan” fraksiyasının deputatı İşxan Saqatelyan bu gün, mayın 10-da saat 12-də 4 istiqamətdə itaətsizlik yürüşləri və aksiyalarının başlayacağını açıqlamışdı.
Bundan başqa, saat 19:00-da Fransa meydanında yekun mitinq keçiriləcək.
Xatırladaq ki, mayın 2-də İrəvanda dinc etirazlar başlayıb, hər gün bir sıra küçələr bağlanıb. Mayın 2-dən İrəvanın Fransa meydanında mitinqlər keçirilir.
Gülayə Mecid