Konqo Demokratik Respublikasının şərqindəki İturi əyalətindəki Lodda qaçqın düşərgəsinə edilən hücumda 14 uşaq həlak olub.
"Unikal" xəbər verir ki, Konqonun İnkişafı Alyansı (CODECO) adlı üsyançı qrup üzvləri gecə saatlarında İturi əyalətinin Djuqu şəhərindəki Lodda qaçqın düşərgəsinə hücum ediblər.
Hücumda 14 uşaq və bir əsgər həyatını itirib.
Hücum nəticəsində yaralanan 7 nəfər bölgədəki xəstəxanalarda müalicə altına alınıb.