"Macarıstan Ukraynanın Avropa İttifaqına üzvlük məsələsinə baxılarkən onu dəstəkləyəcək".
"Unikal" xəbər verir ki, Macarıstanın Ukraynadakı səfiri İştvan İydjarto bu barədə Espresso telekanalına müsahibəsində danışıb. Budapeşt Rusiyanın təcavüzü qarşısında Ukraynanı dəstəkləməyə davam edir və qeyri-məhdud sayda ukraynalı hərbçilərin müalicəsində köməklik göstərəcək.
"Mən də təklif edirəm ki, biz gələcəyi düşünməliyik. Ukrayna hazırda ixrac üçün malların daşınmasında çətinliklər yaşayır. Çünki bildiyiniz kimi, işğala görə bir çox dəniz limanları əlçatmazdır. Ona görə də biz Ukraynaya quru nəqliyyatından istifadə etməyə kömək etməyə hazırıq. Məncə, qarşıda hələ çox iş var. Və biz əməkdaşlığa tam hazırıq”, - deyə diplomat paylaşıb.
Aynurə Xudaverdiyeva