Xalqımızın milli-mənəvi dəyərlərinə, tarixinə və şəxsiyyətlərinə dərin hörmət bəsləyən “Azərsun Holdinq” müasir Azərbaycanın qurucusu, Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə silsilə tədbirlər həyata keçirib. 

"Unikal" xəbər verir  ki, Ümumilli Liderimizin anım tədbirləri ilə əlaqədar Şirkətlər Qrupu adından ulu öndərin məzarı önünə əklil qoyulub.

Həmçinin görkəmli alim akademik Zərifə Əliyevanın və Əziz Əliyevin məzarları ziyarət edilərək xatirələri ehtiramla yad edilib.