Avropa İttifaqı Ukraynaya təcili maliyyə ehtiyaclarını ödəmək üçün 600 milyon avro ayrılmasını təsdiqləyib .
"Unikal" xəbər verir ki, bu barədə "Bloomberg", adının çəkilməsini istəməyən blok nümayəndələrinə istinadən məlumat yayıb.
Pul Aİ-nin bu ilin əvvəlində qəbul etdiyi 1,2 milyard avroluq təcili yardım paketinin bir hissəsidir.
Bir məmur bildirib ki, Avropa Komissiyasının çərşənbə günü prosesi başa çatdırması gözlənilir və vəsait yaxın günlərdə köçürülə bilər.
Aynurə Xudaverdiyeva