Azərbaycan Hərb Tarixi Muzeyində Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası ilə birgə Xalqımızın Ümummilli Lideri, görkəmli dövlət xadimi, əvəzolunmaz şəxsiyyət Heydər Əlirza oğlu Əliyevin anadan olmasının 99 illiyinə həsr olunmuş “Tarixi Zəfərin qazanılmasında Heydər Əliyev ideaları” adlı dəyirmi masa keçirilib.
"Unikal" xəbər verir ki, dəyirmi masada Azərbaycan Milli Elmlər Akademiyasının A.A.Bakıxanov adına Tarix İnstitutunun alim heyəti, Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının müəllim və tələbə heyəti, Müdafiə Nazirliyinin idarə və müəəssisələrinin, hərbi məktəblərin, hərbi hissələrin zabit və kursant heyəti, Respublika Veteran Təşkilatlarının, şəhər muzeylərinin, ictimaiyyət nümayəndələri iştirak edıb.
Dəyirmi masada AHTM-in rəisi e.o.polkovnik Əzizağa Qəni-zadənin (“Tarixi zəfərin əldə olunmasında Heydər Əliyev ideaları”), Azərbaycan Milli Elmlər Akademiyasının A.A.Bakıxanov adına Tarix İnstitutunun “Yeni tarix” şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent, Hacı Həsənovun (“Azərbaycan dövlətçiliyi və Heydər Əliyev”), Azərbaycan Milli Elmlər Akademiyasının A.A. Bakixanov adına Tarix İnstitutunun “Yeni tarix” şöbəsinin aparıcı elmi işçisi t.ü.f.d. Xuraman xanım Vəliyevanın (“Heydər Əliyev və Azərbaycanda təhsil, elm və mədəniyyətin inkişafı”), Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının müəllimi, tarix üzrə fəlsəfə doktoru Vahid İsmayılovun (“Heydər Əliyev və Azərbaycanın xarici siyasət strategiyası”) mövzu ətrafında məruzələri dinlənilmiş, Ulu öndərin Azərbaycan Respublikasının bütün sahələrində, xüsusilə Ordu quruculuğu, sosial, iqtisadi-siyasi, dövlətçilik məsələlərində roluna dair müzakirələr aparılaraq, mövzu ilə bağlı slayd və sənədli film nümayiş olunub.
Dəyirmi masa Silahlı Qüvvələrin Həzi Aslanov adına İdeoloji İş və Mədəniyyət Mərkəzinin ansamblın solistlərinin ifasında vətənpərvərlik mahnılarının səsləndirilməsi ilə davam edib.
"Tarixi Zəfərin qazanılmasında Heydər Əliyev ideaları” adlı dəyirmi masa keçirilib
21:31 10-05-2022
CƏMİYYƏT
Digər Xəbərlər
2024-11-17 13:03:11
2024-11-17 10:24:50
2024-11-17 09:43:12
2024-11-17 00:44:18
2024-11-17 00:04:05
2024-11-16 23:01:27
2024-11-16 20:02:05
2024-11-16 19:20:08
2024-11-16 18:21:26
2024-11-16 17:35:25
2024-11-16 17:23:00
2024-11-16 17:15:00
2024-11-16 16:51:00
2024-11-16 16:22:00
2024-11-16 16:08:26
2024-11-16 16:05:30
2024-11-16 15:12:18