Argentinada 6,7 bal gücündə zəlzələ baş verib.
"Unikal" xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.
Məlumata əsasən, yeraltı təkanların episentri San-Antonio-de-los-Kobres şəhərindən 90 kilometr şimal-qərbdə, ocağı isə 235 kilometr dərinlikdə yerləşib.
Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.