Əl-Cəzirə telekanalının qadın müxbiri Şirin Əbu Akile işğal altındakı İordan çayının qərb sahilindəki Cenin qaçqın düşərgəsində İsrail əsgərləri tərəfindən öldürülüb.

"Unikal" xəbər verir  ki,  bu  barədə  Fələstin Səhiyyə Nazirliyi açıqlama yayıb. 

"İsrail əsgərlərinin açdığı atəş nəticəsində başından ağır yaralanan müxbir Şirin Əbu Akile həyatını itirib", - deyə  məlumatda deyilir.  

Şirin Əbu Akile İsrail ordusunun Cenin düşərgəsinə basqını izləyirmiş.

Gülayə Mecid