Kubanın paytaxtı Havanada mayın 6-da hoteldə baş verən partlayışda həyatını itirənlərin sayı 43-ə yüksəlib.
"Unikal" xəbər verir ki, bu barədə Kuba Xalq Sağlamlığı Nazirliyinin açıqlamasında deyilir ki, ölənlərin sayı 43-ə, yaralıların sayı isə 97-yə çatıb.
Qeyd edək ki, ölkə prezidenti Migel Diaz-Kanel hadisənin terror aktı deyil, bədbəxt hadisə olduğunu bildirib.
Ağarza Elçinoğlu