Deputatların hərəkətlərində və fəaliyyətlərində onların İntizam komissiyası səviyyəsində müzakirə etməyə əsas verəcək addımlar atılmayıb.
Bunu "Unikal"a açıqlamasında Milli Məclisin İntizam komissiyasının sədr müavini, deputat Fəzail Ağamalı deyib.
Deputat bildirib ki, millət vəkilləri Milli Məclisin nizamnaməsinə uyğun olaraq öz fəaliyyətlərini yüksək səviyyədə qururlar.
"Onların fəaliyyətində İntizam komissiyası səviyyəsinə qaldırıla biləcək hərəkətlər yoxdur. Ona görə də komissiya hazırda hər hansı bir deputatın fəaliyyətini müzakirə etməyə hazırlaşmır", - deyə o bildirib.
Anar Kəlbiyev