“İnsanlarda onurğada olan fizioloji əyrilik ya anadangəlmə, ya da sonradan qazanılmış problem kimi özünü büruzə verir”.
"Unikal" xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, ortoped-travmatoloq, cərrah Sənan Aşırov deyib.
Onun sözlərinə görə, qız uşaqlarında 8-12, oğlanlarda isə 11-13 yaş arasında daha aktiv böyümə getdiyi üçün əyilməyə meyllilik olur: “Ümumilikdə isə konkret yaş aralığı yoxdur. Uşaqlarda daha çox skolioz xəstəliyi üstünlük təşkil edir. Karset taxılması da müayinə nəticəsində məsləhət görülə bilər. Yəni özbaşına karset taxılması müalicə üsulu deyil”.