Siyasi partiyaların Mərkəzi Seçki Komissiyasına (MSK) 2021-ci il üzrə maliyyə hesabatı təqdim etməsi prosesi yekunlaşıb.
"Unikal" xəbər verir ki, dövlət qeydiyyatında olan 58 partiyadan 48-i 2021-ci il üzrə maliyyə hesabatlarını MSK-ya təqdim edib və həmin partiyaların siyahısı MSK-nın saytında yerləşdirilib.
Qeyd edək ki, qanunvericiliyə əsasən, siyasi partiyalar illik maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə hər il aprel ayının 1-dən gec olmayaraq MSK-ya təqdim etməli idi.
MSK bu müddətdə illik maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə təqdim etməyən siyasi partiyalar barədə Ədliyyə Nazirliyinə məlumat verməlidir.