Rusiyanın paytaxtı Moskvada Polşa səfirliyinə bir qrup tərəfindən qırmızı boyalı hücum təşkil edilib.
"Unikal" xəbər verir ki, naməlum şəxslər qırmızı boyanı Polşa səfirliyinin divarına atıb. Hücumun səfir Sergey Andreyevə hücuma cavab olaraq təşkil edildiyi güman edilir.
Səfir Andreyevə hücumdan sonra Rusiya Xarici İşlər Nazirliyi Polşanın Rusiyadakı səfiri Kşiştof Krayevskini nazirliyə çağıraraq rəsmi üzr istəməsini tələb edib.
Rusiya Xarici İşlər Nazirliyindən verilən açıqlamada, “Rusiya baş vermiş hadisə ilə bağlı Polşa administrasiyasından rəsmi üzr istəməsini gözləyir və Rusiya səfirinin və Polşadakı Rusiya qurumlarının bütün işçilərinin təhlükəsizliyinin təmin edilməsini tələb edir. Varşavanın bizim tələblərimizə reaksiyasından asılı olaraq növbəti addımlar barədə qərar veriləcək", - bildirilib.
Qeyd edək ki, Andreyev Varşavada İkinci Dünya Müharibəsində həyatını itirmiş Sovet İttifaqı əsgərlərinin xatirəsinə ucaldılmış abidə önünə əklil qoyarkən bir qrup “faşist” qışqıraraq Rusiyaya və Andreyevə etiraz etməyə başlayıb və gətirdikləri qırmızı boyanı səfirin üzünə atıb.
Gülayə Mecid