Gürcüstanda həbsdə olan sabiq prezident Mixail Saakaşvili 12 saylı Rustavi həbsxanasından paytaxt Tbilisidəki xəstəxanaya köçürülüb.

"Unikal" xəbər verir ki, son bir neçə gündə səhhəti pisləşən və huşunu itirən Saakaşvili gecə saatlarında həbsxanadan paytaxt Tbilisidəki "Viva Med" klinikasına yerləşdirilib.