Tibet Hava Yollarına məxsus sərnişin təyyarəsi Çinin cənub-qərbindəki Çonqinq şəhərindəki Jiangbei Beynəlxalq Hava Limanında havaya qalxarkən uçuş-enmə zolağında alovlanıb.
"Unikal" xəbər verir ki, bu barədə "Sinxua" agentliyi xəbər verir.
Bildirilib ki, 113 sərnişin və 9 ekipaj üzvünün olduğu təyyarədə 40 nəfər yaralanıb.
Ölənlər barədə məlumat verilmir, qəzanın səbəbi hələ müəyyən edilməyib.
Çin Mərkəzi Televiziyası yanğının artıq söndürüldüyünü, hadisənin baş verdiyi uçuş-enmə zolağının bağlandığını, təyyarələrin oradan havaya qalxmadığını və üzərinə eniş etmədiyini bildirir. Sözügedən limandan həyata keçirilən uçuşlar qismən Sıçuan əyalətinin Çendu şəhərindəki Şuangliu Beynəlxalq Hava Limanına köçürülüb.
Qeyd edək ki, bu, cari il Çində baş verən ikinci böyük aviasiya qəzasıdır.
Ağarza Elçinoğlu