Ukraynanın paytaxtı Kiyevdə İkinci Dünya Müharibəsi Muzeyində 2022-ci il Rusiya-Ukrayna müharibəsi sərgisi açılıb.
"Unikal" xəbər verir ki, sərgidə Rusiyanın Ukraynaya hücumlarında istifadə etdiyi və Ukrayna tərəfindən ələ keçirilən hərbi texnika nümayiş olunub.
Bundan əlavə, hərbi çəkmələr, vertolyotlar və tanklar, habelə ukraynalıları zorlayıb öldürdüyü iddia edilən rus əsgərlərinin pasportları nümayiş etdirilir.
Ötən ay Rusiya ordusunun Kiyev və onun ətrafından çıxarılmasından sonra Ukraynanın İrpin, Buça, Borodyanka, Qostomel və digər şəhərlərində rus texnikası nümayiş etdirilib.