Vəkillər Kollegiyasının üzvü Bayramov Bəhruz Front oğlu ədliyyə naziri Fikrət Məmmədova müraciət edib.
"Unikal" xəbər verir ki, Bəhruz Bayramov müvəkkili N.H-nın ödədiyi 282 min 630 manat pulun Səbail Rayon İcra Məmuru Aslanov Aslan Fuad oğlu tərəfindən qeydə alınmadığını bildirib. Onun sözlərinə görə, icra məmuru Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5062/2017 saylı, 23.08.2017-ci il tarixli icra sənədinin icrası ilə bağlı borcluya məxsus Bakı şəhəri, Yasamal rayonu, K.Kazımzadə küçəsi ev 115, mənzil 18, Bakı şəhəri, Yasamal rayonu, K.Kazımzadə küçəsi ev 115, mənzil 15, Bakı şəhəri, Yasamal rayonu, K.Kazımzadə küçəsi ev 115-də yerləşən 15 kv.m qeyri-yaşayış sahəsi, Bakı şəhəri, Yasamal rayonu, İsmayılbəy Qutqaşınlı küçəsi ev 99-da yerləşən 114 kv.m qeyri yaşayış sahəsi borcun qismən ödənilməsi hesabına tələbkara verilməli və onun adına rəsmiləşdirilməsi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə həvalə edilməsi barədə qərar qəbul edib.
Vəkil Bəhruz Bayramov nazirə ünvanladığı müraciətdə bunları bildirib:
"Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5062/2017 saylı 23.08.2017-ci il tarixli İcra sənədi üzrə borclunun nümayəndəsi olaraq Səbail Rayon İcra şöbəsində icra işində iştirak etmişəm. 17.03.2018-ci il tarixdə Səbail İcra Şöbəsi icraata başladıqdan sonra icra məmurunun razılığı ilə tələbkarın bank hesabına ödənişlər edilib. Ödənişlər 21.04.2018-11.07.2019-cu il tarixləri əhatə edib. Ödənilən məbləğin qəbzləri rəsmi qaydada icra məmuruna təqdim olunaraq və qəbul olunub.
Nümayəndəsi olduğum şəxsin tələbkar qarşısında hər hansı başqa öhdəlik, pul vəsaitinin ödənilməsinə dair icra sənədləri olmayıb. Ödənilən 282.630 manat pul vəsaitini Səbail Rayon İcra məmuru hesaba almır, ödənilən pul vəsaitlərinin təqdim olunan qəbzlərinə hər hansı münasibət bildirilmir. İcra məmuru qərarı vəsaitləri borclunun daşınmaz əmlaklarına yönəldir.
Cənab Nazir!
Sizə müraciətimdən sonra ümid edirəm ki, icra işi ilə bağlı baş vermiş bu ciddi qanun pozuntusu araşdırılacaq və bu iş üzrə ədalətli qərar qəbul ediləcək".