Finlandiyanın cümə axşamı NATO -ya üzv olmaq niyyətini rəsmən elan edəcəyi gözlənilir.
"Unikal" xəbər verir ki, bu barədə diplomatlar və rəsmilər məlumat yayıb.
NATO müttəfiqləri Finlandiya və İsveçin tez bir zamanda qoşulmasını gözləyirlər ki, bu da bir il davam edən ratifikasiya dövründə Şimali regionda hərbi mövcudluğun artmasına yol açır.
Çərşənbə günü Finlandiyanın NATO-ya daxil olmaqla Rusiyanı təxribata çəkib-təxribat etməyəcəyi ilə bağlı sualı cavablandıran Prezident Sauli Niiniste deyib ki, Putin günahkar olacaq.
O, Böyük Britaniyanın baş naziri Boris Consonla keçirdiyi mətbuat konfransında "Mən cavab verərdim ki, buna sən (Putin) səbəb oldun. Güzgüyə bax!",- deyib.
Mayın 11-də Böyük Britaniyanın Baş naziri Boris Conson hər iki Skandinaviya ölkəsinə səfər edərək İsveç və Finlandiya liderləri ilə qarşılıqlı təhlükəsizlik zəmanəti imzalayıb.
Diplomatların verdiyi məlumata görə, hər iki ölkə gələn ilin yayında Alyansa qoşulmaq niyyətindədir.
Finlandiyanın Avropa məsələləri üzrə naziri Titti Tuppurainen bu yaxınlarda bildirib ki, ölkənin NATO-ya üzv olmaq üçün müraciət etmək ehtimalı çox yüksəkdir.
Aynurə Xudaverdiyeva