Dövlətimizin başçısı cənab İlham Əliyevin “Məşğulluqla, pensiyalarla, təqaüdlə bağlı bütün bu məsələlər, həmçinin şəhidlərin yaxınları daim diqqət mərkəzində olmalıdırlar ki, şəhid ailələrinin həyatında heç bir problem olmasın” fikrini rəhbər tutan Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov mayın 12-də növbəti dəfə bir qrup şəhid atalarını qəbul edib.
"Unikal" xəbər verir ki, icra başçısı hər bir şəhid valideynləri ilə yaxından söhbət edib, onların problem və qayğılarını dinləyib. Şəhid ailələri tərəfindən qaldırılan bütün məsələləri şəxsi nəzarətinə götürən T.Qaraşov bir sıra məsələlərin həlli üçün yerindəcə göstəriş və tapşırıqlarını verib. İcra hakimiyyətinin səlahiyyətlərinə aid olmayan məsələlərin həlli üçün aidiyyəti qurumlara rəsmi formada müraciət olunması və nəticəsi barədə şəhid ailələrinin məlumatlandırılması ilə bağlı göstərişlərini verib. Qəbul-görüşdə iştirak edən şəhid ailələri onlara göstərilən qayğıya və diqqətə görə minnətdarlıqlarını ifadə ediblər.
Cənab Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın xüsusi qayğı və dəstəyilə əhatə olunduqlarına və özlərini əsla yalnız hiss etmədiklərinə görə onlara səmimi qəlbdən təşəkkürlərini və minnətdarlıqlarını bildiriblər.