İsrail ordusunun ilkin araşdırmasına görə, Əbu Akleh güllələnərkən əsgərlərdən 150 metr aralıda olub.

"Unikal"
xəbər verir ki, İsrail ordusunun ilkin təhqiqatı göstərib ki, Əbu Akleh başından güllə yarası alan zaman İsrail hərbçilərindən təxminən 150 metr aralıda olub.

Haaretz bildirir ki, güllənin diametri 5,56 millimetr olub və M16 tüfəngindən vurulub.

Araşdırmaya görə, Aklehin İsrail atəşi, yoxsa “Fələstin silahlıları” tərəfindən öldürüldüyü hələ də bəlli deyil.

Aynurə Xudaverdiyeva