Ukrayna Təhlükəsizlik Xidməti Zaporojyada terror aktının qarşısını alıb və onu törədən şəxsi saxlayıb.
"Unikal" xəbər verir ki, bu barədə Ukrayna Təhlükəsizlik Xidməti məlumat yayıb.
"Cinayətkar 1966-cı il təvəllüdlü Dnepr sakini olub. O, Zaporojyedə xaos və çaxnaşma səpmək istəyirdi, bunun üçün şəhərin mərkəzindəki kütləvi toplantıda cinayət planlaşdırırdı.Həmin şəxs partlayıcı qurğunu özü düzəldib və onu qoltuqaltının altına gizlədib", - deyə məlumatda qeyd olunub.