ABŞ-ın Cənubi Karolina ştatında 60 yaşlı kişi boğaraq öldürdüyü sevgilisini basdırarkən ürək tutmasından ölüb.
"Unikal" xəbər verir ki, ttatın Trenton rayonunda Cozef Entoni MakKinnonun cansız cəsədini tapan qonşular hadisə barədə polisə məlumat veriblər.
Polis cəsədin tapıldığı ərazidə araşdırma apararkən Patricia Ruth Dent adlı qadının zibil torbasına bükülmüş cəsədini tapıb.
Yarılma zamanı məlum olub ki, Dent boğularaq öldürülüb.
Qonşuların polisə verdiyi ifadələrdə MakKinnon ölməzdən əvvəl öz bağçasında qazıntı işləri apardığı qeyd edilib. MakKinnon infarktdan öldüyü məlum olub.
Polis qrupları MaKinnonun Denti basdırdıqdan dərhal sonra öldüyünü təxmin edir.