Bakı Apellyasiya Məhkəməsində külli miqdarda dələduzluqda təqsirləndirilərək həbs edilən, Binəqədi rayon bələdiyyəsinin keçmiş sədri Aytac Əliyeva və bacısı İlknur Əliyevanın barəsində olan həbs qərarından verilən şikayətə baxılıb.
"Unikal" xəbər verir ki, məhkəmənin qərarı ilə İlknur Əliyevanın barəsindəki həbs qətimkan tədbiri ev dustaqlığına dəyişdirilib və o məhkəmə zalından azadlığa buraxılıb.
Xatırladaq ki, Binəqədi rayon bələdiyyəsinin eks rəhbəri Aytac Əliyeva bacısı İlknur Əliyeva ilə birgə qızıl alveri etmək məqsədilə vətəndaşlara qarşı dələduzluqda təqsirləndirilir.