"Rusiya prezidenti Vladimir Putin itirdiyini qəbul etməlidir".
"Unikal" xəbər verir ki, bunu Böyük Britaniyanın müdafiə naziri Ben Uolles "NBC News"a müsahibəsində deyib.
“O (Putin - red.) sonda uduzduğu faktı ilə barışmalıdır. Nəzərə alaq ki, Rusiya indi işğaldan əvvəlkindən daha az gücə malik ölkədir”, - deyə nazir bildirib.
Onun sözlərinə görə, Rusiya silahlı qüvvələri tükənib və Moskva ordusunun təhlükəsizliyini təmin etməkdə çətinliklərlə üzləşəcək, xüsusən ona görə ki, sanksiyalar Rusiyanın əksər hərbi texnikası üçün lazım olan Qərb texnologiyasını idxal etməyə imkan vermir.
Gülayə Mecid