"Rusiya Prezidenti Vladimir Putinin Ukraynaya müdaxiləsindən sonra Qərblə münasibətləri düzəlmək mümkün deyil".
"Unikal" xəbər verir ki, bu sözləri Baş nazir Boris Conson deyib. O, Putinlə münasibətlərin yenidən normallaşa biləcəyini həyatı boyu görə bilməyəcəyini də qeyd edib.
"Vladimir Putin üçün tövbə indi çox çətin olacaq",- dedi Cohnson bildirib.
Jurnalistlərin "Putin tövbə etsə, qlobal səhnədə yenidən qarşılana bilərmi?" sualına Baş nazir cavab olaraq "Heç bir şey qeyri-mümkün deyil, amma mən həyatım boyu görə bilmirəm ki, biz yenidən normallaşa bilərik",- deyə Conson qeyd edib.
“O, (Putin) insan haqlarını, beynəlxalq hüququ kobud şəkildə pozdu. O, tamamilə günahsız bir ölkəyə vəhşicəsinə basqın etməkdə günahkardır – və yenidən normallaşmaq 2014-cü ildə etdiyimiz səhvə yol vermiş olar”, - deyə o, cavab verib.
Aynurə Xudaverdiyeva