Litva rəhbərliyi Ukraynadakı vəziyyət fonunda Avropa İttifaqının Rusiya və Belarusa qarşı tətbiq etdiyi sanksiyalar çərçivəsində, hər iki ölkənin təxminən 62 milyon avro məbləğində aktivlərini dondurub.
"Unikal" TASS-a istinadən xəbər verir ki, bu barədə respublikanın Maliyyə Cinayətlərinin Araşdırılması Xidməti məlumat yayıb. İdarədən onu da qeyd ediblər ki, indi məhdudiyyət altında olan şəxslər ölkədə üçdən çox mənzil və torpaq sahəsinə sahib ola bilməzlər.
Aİ-nin Rusiya Federasiyası və Belarusa tətbiq etdiyi məhdudiyyətlərə görə, Litvada 50 milyon avro, 12 milyon dollar və 285 min rubl dəyərində aktivlər dondurulub.
Ağarza Elçinoğlu