Rusiya qoşunları Kremençuq neft emalı zavoduna raket zərbələri endiriblər.
"Unikal" xəbər verir ki, bu barədə Poltava Vilayət Hərbi Administrasiyasının sədri Dmitri Lunin özünün Teleqram kanalında məlumat verib.
"Kremençuq neft emalı zavoduna 4 hava zərbəsi endirillib. Həmçinin Poltava vilayətində partlayış səsləri eşidilib. Biz sığınacaqdan çıxmırıq!", - deyə o bildirib.